Qapalı Fond

müəyyən olunmuş sayda səhm buraxan, başqa sözlə, xüsusi kapitalını təsbit edən investisiya fondu.
Qapalı Devalvasiya
Qapalı Girov
OBASTAN VİKİ
Fond
Fond (fr. fond lat. fundus «əsas») — xeyriyyəçilik, sosial və digər ictimai faydalı fəaliyyət üçün yaradılan və müəyyən kapitala malik qeyri-kommersiya təşkilatı. Fondlar kommersiya şirkətləri və ya dövlət tərəfindən maliyyələşdirilir. Fond kitabxananın, informasiya mərkəzinin vəzifələrinə və profilinə uyğun olan sənədlərin istifadəsi və saxlaması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxananın, informasiya mərkəzinin vəzifələrinə müvafiq olan sənədlərin aşkar edilməsi, seçilməsi, sifariş edilməsi, əldə edilməsi, alınması və qeydiyyatı prosesləri Fondun dəstləşdirilməsi adlanır. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər, səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (закрытые административно-территориальные образования zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca ЗАТО ZATO).
Fond bazarı
Qiymətli kağızlar bazarı, fond bazarı (ing. securities market, ing. stock market, ing. equity market) — iştirakçıları arasında qiymətli kağızların buraxılması və dövriyyəsi ilə əlaqəli iqtisadi münasibətlər məcmusu. Qiymətli kağızlar bazarının tarixi bir neçə əsrdir. Onun meydana gəlməsi çox vaxt 15–16-cı əsrlərdə dövlət qiymətli kağızları bazarının yaranması ilə əlaqələndirilir. Bu dövrdə dövlət ehtiyacları üçün vəsait çatışmazlığını ödəmək üçün lazım olan əlavə vəsait cəlb etmək üçün dövlətlər həm daxili, həm də xaricdə qiymətli kağızlar buraxmağa və yerləşdirməyə başladılar. Məsələn, 1556-cı ildə dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə əməliyyatların aparıldığı Antverpendə birja quruldu. XVI əsrin əvvəllərində. ticarətin təkamülü birjaların meydana çıxmasına səbəb oldu.
Fond birjası
Fond birjası — müstəqil olaraq, fəaliyyət predmeti qiymətli kağızlar üçün zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən, həmçinin onlar haqqında lazımi informasiyanın yayılması, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün şərait yaradılması olan təşkilat. Fond birjası qapalı səhmdar cəmiyyət formasında olur. Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil edir. Fond birjası fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının verdiyi xüsusi razılığı əsasında həyata keçirir. Fond birjası depozitləri və klirinq fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz. Fond birjasının nizamnaməsinin, onunticarət qaydaların pozulması və fond birjasının digər daxili sənədlərinin pozulmasızamanı cərimələr müəyyən edilir. Fond birjasının üzvlərinə aid olan daxilinormativaktlar fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə alınmaqla müstəqil müəyyənləşir. Tarixi arayış. Deyilənə görə, ilk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soy adı (Bursa) "pul kisəsi" mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi.
Qapalı dövriyyəli televiziya
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem. Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır. CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Yoxsulluğun qapalı dairəsi
Yoxsulluğun qapalı dairəsi — ayrı-ayrı təsərrüfat subyektlərinin, regionların və ölkələrin inkişaf etməməsini izah edən qarşılıqlı əlaqəli amillər anlayışı. İqtisadi şəraitin yaxşılaşması ilə bağlı dalğalanmalar əhalinin sonrakı artımı ilə kompensasiya edilir. Termin ilk dəfə 1949-1950-ci illərdə Hans Sinqer və Raul Prebişin əsərlərində təklif edilmişdir. Adambaşına düşən aşağı gəlirin minimum iqtisadi artım tempinə nail olmaq üçün lazım olan səviyyədə əmanətlərə və investisiyalara mane olduğu inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qısır dairəsi problemdir. Ev təsərrüfatlarının qənaət etmək qabiliyyəti və həvəsi yoxdur, aşağı gəlir aşağı tələb deməkdir, nəticədə zəif resurslar və fiziki və insan kapitalına sərmayə qoyuluşunu dayandırmaq üçün stimulların olmaması, buna görə də əmək məhsuldarlığı aşağı olaraq qalır.
Amerika fond birjası
Amsterdam fond birjası
Amsterdam birjası — Niderlandın Amsterdam şəhərində birja. 1876-cı ildə yaranmışdır.
Bakı Fond Birjası
Bakı Fond Birjası (ing. Baku Stock Exchange) — Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası. Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilmiş və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması olmuşdur. Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.
Brüssel fond birjası
Brüssel birjası — Belçikanın Brüssel şəhərində birja. == Tarixi == 1801-ci ildə yaranmışdır.
Frankfurt fond birjası
Frankfurt birjası (alm. Frankfurter Wertpapierbörse‎) — Almaniyanın Frankfurt şəhərində birja. 1585-ci ildə yaranmışdır.
London fond birjası
London birjası (ing. London Stock Exchange) — Böyük Britaniyanın London şəhərində yerləşən və Avropanın ən qədim birjalarından biri. Rəsmi olaraq 1801-ci ildə əsası qoyulsa da onun tarixçəsi 1570-ci ildən başlayır. Kral maliyyə məsləhətçisi Tomas Qreşem Kral birjasını öz hesabına tikdirmişdir.İkinci Dünya müharibəsi zamanı birjanın binasına alman raketi düşdüyündən əməliyyatlar bir müddət binanın zirzəmisində aparılmışdır. FTSE 100 Index London Fond Birjasının əsas indeksidir. Bu indeks Financial Times və London Fond Birjasının birgə sahib olduğu müstəqil FTSE Group adı ilə şirkəti tərəfindən tərtib edilir. 2021-ci ilin sentyabr ayında 11,5% çəki ilə sənaye malları və xidmətlər sektoru indeksdə ən böyük sektor idi, 11,3% ilə maliyyə sektoru və 9,9% ilə səhiyyə sektoru isə müvafiq olaraq ikinci və üçüncü yerlərdədir. 10 ən böyük şirkət bütün indeks iştirakçılarının ümumi bazar kapitallaşmasında 41% ümumi çəkiyə malik idi.
Paris fond birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Qazaxıstan fond birjası
Qazaxıstan fond birjası (Kazakhstan Stock Exchange — KASE) — Mərkəzi Qazaxıstanın Almatı şəhərində yerləşən birja, səhm bazarının kapitallaşmasına görə MDB birjaları arasında ikinci yerdədir. 1993-cü ildə qurulmuşdur. 15 noyabr 1993-cü ildə Qazaxıstanda milli pul vahidi tengə tətbiq edildi. Bu hadisədən sonrakı ikinci gündə — 17 noyabr 1993-cü il — Qazaxıstan Respublikasının Milli Bankı və 23 aparıcı Qazaxıstan kommersiya bankı valyuta mübadiləsi yaratmağa qərar verdi. Əvvəllər mövcud olan Banklararası Valyuta Əməliyyatları Mərkəzi (Valyuta Mübadiləsi) Qazaxıstan Respublikası Milli Bankının struktur bölməsi idi. Yeni mübadilə üçün qarşıya qoyulan əsas vəzifə, tengenin tətbiqi ilə əlaqədar milli valyuta bazarının təşkili və inkişafı idi. Bir hüquqi şəxs olaraq, birja 30 dekabr 1993-cü ildə "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında qapalı bir səhmdar cəmiyyətinin hüquqi formasında qeydiyyata alındı. 3 mart 1994-cü ildə birja "Qazaxıstan Banklararası Valyuta Birjası" adı altında yenidən qeydiyyata alındı ​​və bu, birja adının mövcud qanunvericiliyə uyğunlaşdırılması zərurəti ilə izah edildi. Mövcud qanunvericilikdə birja əmtəə birjası funksiyalarını yerinə yetirməsini qadağan etdiyi üçün 12 aprel 1996-cı ildə birja "Qazaxıstan Fond Birjası" adı altında yenidən qeydiyyata alındı. 13 Noyabr 1996-cı ildə birja Qazaxıstan Respublikasının Qiymətli Kağızlar üzrə Milli Komissiyasından qiymətli kağızlarla ticarətin təşkili üçün məhdudiyyətsiz lisenziya aldı.
Tokio Fond Birjası
Tokio Fond Birjası (TSE ) — Tokioda qurulmuş bir birjadır və Asiya qitəsindəki market cap baxımından ən böyük birjadır. Həmçinin dünyanın da ən böyük ikinci birjasıdır. Dekabr 2011 etibarilə birjada ümumi market cap dəyəri 3.9 trilyon US $ olan 2.292 şirkət əməliyyat etməkdədir. Birjanın sahibi Japan Exchange Group şirkətidir.
İtaliyanin fond birjası
Milan birjası — İtaliyanın Milan şəhərində yerləşən fond birjasi. 1808-ci ildə yaranmışdır.
Ankara Mərkəzi Qapalı Həbsxanası
Ankara Mərkəzi Qapalı Həbsxanası və Gözaltı Evi ya da Ulucanlar Həbsxanası — Ankaranın Altındağ mahalının Ulucanlar səmtində 1925–2006 arasında fəaliyyət göstərən bir həbsxanadır . Türk siyasi və ədəbi həyatında əhəmiyyətli bir yeri olan Ulucanlar Həbsxanasını bərpa edərək muzey və mədəniyyət və sənət mərkəzinə çevirmək layihəsi Altındağ Bələdiyyəsinə verildi. 2009-cu ildə başlanan bərpa işləri 2010-cu ildə tamamlandı. Hərbi anbar kimi xidmət etmək üçün 1923-cü ildə tikilən bir binada qurulan həbsxana, 1925-ci ildə edilən təmirdən sonra həbsxana olaraq istifadə olunmağa başladı. 68 nəslin öndə gələn adlarından Deniz Gezmiş, Yusuf Aslan və Hüseyin İnan, 6 May 1972-ci ildə həbsxana həyətindəki qovaq ağacının altında edam edildi. 1980 İnqilabının ilk edamları bu həbsxanada 8 oktyabr gecəsi solçu Necdet Adalı və sağçı Mustafa Pehlivanoğlunun edamı ilə baş verdi. 13 dekabr 1980-ci ildə Erdal Erenə verilən ölüm cəzası burada icra edildi. Həbsxanada Cüneyt Arcayürek, Mahmut Alınak, Fakir Baykurt, Hatip Dicle, Orhan Doğan, Bülent Ecevit, Yılmaz Güney, Nâzım Hikmet, Yaşar Kamal, Yavuz Öbekci, Selim Sadak, Sırrı Sakık, Kamal Tahir, Metin Toker, Muhsin Yazıcıoğlu və Leyla Zana Bir çox məşhur məhbus və məhkum qaldı. 29 sentyabr 1999-cu ildə başladılan Həyata Dönüş Əməliyyatı zamanı 10 nəfər həbsxanada öldü, 100-ə yaxın insan yaralandı. Ulucanlar Həbsxanası 1 iyul 2006-cı ildə bağlandı.
Mərkəzi qapalı bazar (İrəvan)
Mərkəzi qapalı bazar — Ermənistanın paytaxtı İrəvandakı ticarət kompleksi. Mesrop Maştos prospektində, Göy Məsciddən bir qədər aralıda yerləşir. Bina 1952-ci ildə tikilib. Memar Qriqor Ağababyanın ən məşhur əsərlərindən biridir. 2010-cu illərin əvvəllərində yenidənqurmadan sonra ticarət kompleksinin bir hissəsi olir. İrəvanın görməli yerlərindən hesab olunur. Ermənistanın tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir. Bazar 1952-ci ildə Stalin prospektində (daha sonra - Lenin prospekti, indi - Meşrop Maştots prospekti) bir ticarət meydançasının əvvəllər yerləşdiyi yerdə tikilib. Açılış 29 aprel 1952-ci il tarixində baş tutur. Layihə memar Qriqor Ağababyan tərəfindən hazırlanmış, dizayneri A. Arakelyan olmuşdur.
Nyu-York Fond Birjası
Nyu-York Fond Birjası — ABŞ-nin Nyu-York şəhərində yerləşən və bazar kapitallaşmasına görə dünyanın ən böyük səhm birjası. Nyu-York Fond Birjası dünyanın ən böyük fond birjasıdır və hər gün milyardlarla dollar dəyərində səhmlər satılır.
Çingiz Mustafayev adına Fond
Çingiz Mustafayev adına Fond — 1999-cu ildə təsis edilmiş Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan qeyri-hökumət və qeyri-kommersiya təşkilatı. Fond mükafat təqdimatları, müsabiqələr, festivallar, moto-yürüşlər, kitab nəşrləri və digər layihələr həyata keçirərək, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan fond 1999-cu ildən fəaliyyət göstərir. Fondun ilk prezidenti Milli Qəhrəmanın atası Fuad Mustafayev, hazırkı prezidenti isə qardaşı Seyfulla Mustafayevdir. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. Fond media işçilərinin savadının və peşəkarlığının artırılması məqsədi ilə Azərbaycan-Amerika Jurnalist Akademiyasını yaradıb. Fond, həmçinin "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirir, Azərbaycanın hərb və müstəqillik tarixi və ilə bağlı bədii filmlərə ("Bulağıstan", "Yaddaş", "Xoca", "Qanlı Yanvar" və s.), sənədli filmlərə, seriallara, animasiya filmlərinə sponsorluq edib. Çingiz Mustafayev adına Fond 2018-ci ildə KİV əməkdaşları arasında hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə" müsabiqəsi elan edib. Bu müsabiqəyə 100-dən çox yazı müəllifi qatılıb. Fond 2020-ci ildə Milli Qəhrəman Çingiz Mustafayevin 60 illik yubileyi münasibətilə hərbi vətənpərvərlik mövzusunda "Ən yaxşı məqalə", "Ən yaxşı videoçarx", "Ən yaxşı rəsm", "Ən yaxşı foto", "Ən yaxşı mahnı" müsabiqələri elan edib.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti — Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında yaradılmış səhmləri tamamilə dövlətə məxsus olan qapalı səhmdar cəmiyyət. 27 fevral 2014-cü il tarixindən quruma Zaur Hüseynov edir. == Tarixi == Bakı metrosuna nəzarət edən ilk qurum Bakı Metropoliteni İdarəsi olmuşdur. Bakı Metropoliteni İdarəsi 1966-cı il tarixində təsis olunmuşdur. 27 fevral 2014-cü il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təşkil edilmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olan və Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi olan şirkətdir. 2022-ci ildə Xocasən ikinci yerüstü stansiyasının açılışı elan edildi. 2023-cü ilin fevral ayında Bakı Metropoliteni metro xətlərində hərəkət edən yeni nəsil qatarların sayının 23-ə, vaqonların sayının isə 115-ə çatdırıldığını açıqlayıb. == Rəhbərlik == 27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunmuşdur. == Loqosu == 2014-cü ilin iyul ayından etibarən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti yeni loqosunu istifadə etməyə başlamışdır.
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi
Avtomatlaşdırılmış Fond Birjası Kotirovka Sistemi (ing. Stock Exchange Automated Quotation; SEAQ) — London Fond Birjasının qiymətlər haqqında elektron məlumat sistemi. Bütün iştirakçılar üçün açıq olan bu sistemdə birja üzvləri alıcı və satıcının qiymət sistemi də daxil olmaqla ekranda verilən məlumatları izləyirlər.